Rolex Submariner
Dərin inam
Dalğıc saatlarının arxetipləri olan Oyster Perpetual Submariner and Oyster Perpetual Submariner Date Rolex ilə sualtı kəşfiyyatlar arasındakı tarixi əlaqənin təzahürüdür. 1953-cü ildə təqdim edilən Submariner 100 metr (330 fut) dərinliyə qədər sukeçirməz olan ilk dalğıc qol saatı idi. Vaxta əlavə olaraq tarix funksiyası da olan Submariner Date isə 1969-cu ildə təqdim edilib. Hər iki modelin sukeçirməzliyi daha sonra 300 metrə (1 000 fut) qədər artırıldı. Möhkəmliyi ilə tanınan bu saatlar dənizin dərinliklərindən əlavə, geniş idman və digər fəaliyyət növləri üçün də seçilən saatlara çevriliblər.
-
Rolex
Submariner Date
Oyster, 41 mm, Oystersteel və sarı qızıl
-
Rolex
Submariner Date
Oyster, 41 mm, sarı qızıl
-
Rolex
Submariner Date
Oyster, 41 mm, Oystersteel
-
Rolex
Submariner
Oyster, 41 mm, Oystersteel
-
Rolex
Submariner Date
Oyster, 41 mm, Oystersteel və sarı qızıl
-
Rolex
Submariner Date
Oyster, 41 mm, Oystersteel
Yaradıldığı gündən bəri Submariner sukeçirməzlik, möhkəmlik və funksionallığını təkmiləşdirərək daima inkişaf etdi.
Dizaynına görə əsl dalğıc saatı
Su altında həyatda qalmağa kömək edən alət olaraq düşünülmüş Submariner-in dizaynı tamamilə dalğıcların praktik ehtiyaclarına uyğun şəkildə hazırlanmışdır. Model texniki cəhətdən təkmilləşdirilərək ümumi funksionallığı artırmaq üçün yeni xüsusiyyətlərlə təchiz edilib.
41 mm-lik Oyster korpusu, böyük, işıqlandırılmış saat göstəriciləri və əqrəbləri olan fərqli siferblat, bir istiqamətdə dövr edən bezel və Oyster bilərziyi xüsusiyyətlərinə sahib Submariner və Submariner Date indiyə qədər dizayn edilmiş ən çox tanınan saatlar arasındadır. Güclü vizual kimliyi təmin edən yüksək texnologiyalı keramikdən hazırlanmış Cerachrom bezel əlavəsi onların funksionallığının əsasını təşkil edir. Saatın 60 dəqiqəlik dərəcələnməsi sayəsində dalğıc dalma vaxtını dəqiqliklə izləyir.
Etibarlılıq, möhkəmlik və funksionallıq
Submariner və Submariner Date Oyster korpusunun 300 metr (1000 fut) dərinliyə qədər sukeçirməzliyinə zəmanət verilir. Sukeçirməz, üçqat sistem ilə təchiz edilmiş Triplock burulan tacı vintləri korpusa möhkəm şəkildə tənzimlənərək suyadavamlılığı artırır.
Həm möhkəmlik, həm də rahat istifadə üçün nəzərdə tutulmuş Oyster bilərziyi təsadüfən açılmasının qarşısını alan Oysterlock təhlükəsizlik qarmağı və heç bir alətdən istifadə etmədən bilərziyin uzunluğunu dəqiq tənzimləməyə imkan verən Rolex Glidelock uzatma sistemi ilə təchiz edilmişdir.
Submariner və Submariner Date müvafiq olaraq 3230 kalibrli və 3235 kalibrli, tamamilə Rolex tərəfindən hazırlanmış və istehsal edilmiş avtomatik qurulan mexaniki hərəkətlə təchiz edilmişdir. Bu modellər xüsusilə dəqiqlik, enerji ehtiyatı, rahatlıq və etibarlılıq baxımından üstün performans təqdim edir. Hər iki mexanizmin enerji ehtiyatı təxminən 70 saata qədər çatır.
Mükəmməl xronometr sertifikatı
Bütün Rolex saatları kimi xronometrlər, Submariner kolleksiyana aid olan saatlar Mükəmməl Xronometr sertifikatına malikdir. Bu o deməkdir ki, brendin emalatxanalarında hazırlanan hər bir saat Rolex tərəfindən öz meyarlarına uyğun olaraq laboratoriyalarında həyata keçirilən bir sıra sınaqlardan uğurla keçmişdir. Mükəmməl Xronometr statusu beynəlxalq beş illik zəmanəti olan yaşıl siferblatla təcəssüm olunur.
Dərinliklərə açılan qapının açarı
Submariner xüsusi olaraq sualtı kəşfiyyat və dalğıclıq üçün hazırlanmışdır. Rolex emalatxanalarından ilk dəfə çıxdığı vaxt saatı sınaqdan keçirməsi istənilən bir çox qabaqcıl dərin dəniz mütəxəssisləri arasında dərhal uğur qazandı. Bu novatorlardan biri fransız mühəndis və sualtı fotoqraf Dimitri Rebikoff idi. 1953-cü il tarixli hesabatında Rebikoff saatın sınaqlarda çox yaxşı işlədiyini yazırdı: “Bu saatın son dərəcə sərt və istifadə olunan material baxımından xüsusilə təhlükəli olan dalğıclıq şəraitində tam məmnunluq hissi yaratmaqla yanaşı bütün avadanlıqlı dalğıclar üçün əvəzolunmaz aksesuar olduğunu sübut edildiyini təsdiq edirik”.