Rolex Air-King
Səmaya yüksəlin
Oyster Perpetual Air-King orijinal Oysterin aeronavtik keçmişini tanıdır. O, səmanın macəra, kəşfiyyat və innovativ nailiyyətlər üçün yeni sərhəd olduğu şəxslərə - yeni ideallara dəstək olanlara hörmət edir. Air-King 1930-cu illərdə aviasiyanın qızıl dövründə Rolex ilə uçuşlar arasında seçkin münasibəti təcəssüm etdirir. O, həmin dövrün pilotları və ilk Oyster saatlarının onların epik hekayəsindəki rolunun rəmzidir.
1930-cu illər uçuş performansında möhtəşəm irəliləyiş dövrü idi. Bu irəliləyiş uzun məsafəli uçuşların başlamağına da təkan verdi. Oyster saatı taxan bir neçə pilot rekord vurdu. 1934-cü ildə Londondan (Birləşmiş Krallıq) Melburna (Avstraliya) geri dönüş səyahətini iki mühərrikli De Havilland kometası ilə rekord müddətdə edən Oven Katkart-Cons və Ken Valler kimi digərləri isə dəniz xronometri olaraq Rolex saatından istifadə etdilər.
Unikal estetika
Air-King saatı göstərən böyük 3, 6 və 9 rəqəmlərinin və zamanı rahat göstərmək üçün ön plana çıxan dəqiqə şkalasının mövcud olduğu qara siferblata malikdir. Siferblatda Rolex-in simvolik tacı sarı, saniyə əqrəbi və “Rolex” adı isə yaşıl rəngdədir və brendin simvolik rəngini əks etdirir. Saat 1958-ci ildə satışa çıxarılandan etibarən modelin üzərində onu asanlıqla tanımağa imkan verən "Air-King" yazısı yer alır.
Chromalight displeyi sayəsində qaranlıqda da Air-King siferblatını oxumaq asandır: 3, 6 və 9 rəqəmləri, saat 12-dəki üçbucaq saat göstəricisi, və uzunmüddətli göy işıq yayan lüminessent materialı ilə doldurulmuş və ya örtülmüş əqrəblər.
Etibarlılıq and performans
Möhkəmlik və etibarlılıq nümunəsi olan Air-King-in 40-mm ölçüdə Oyster korpusunun 100 metr (330 fut) dərinliyə qədər sukeçirməzliyinə zəmanət verilir. Orta korpus, xüsusilə korroziyaya davamlı xəlitə olan Oystersteel-in möhkəm blokundan hazırlanmışdır.
Air-King Oystersteel-də üç hissəli əlaqələndirici olan Oyster bilərziyinə quraşdırılmışdır. Bu bilərzik Rolex tərəfindən dizayn edilmiş, onun təsadüfi açılmasının qarşısını alan patentləşdirilmiş Oysterlock təhlükəsizlik qarmağı ilə təchiz edilmişdir. Bilərzikdə həmçinin istifadəçiyə bilərziyin uzunluğunu asanlıqla təqribən 5 mm artırmağa imkan verən Easylink rahat uzatma əlaqələndiricisi mövcuddur.
Perpetual kalibr 3230
Air-King-ə güc verən 3230 kalibrli, tamamilə Rolex tərəfindən işlənib hazırlanmış və istehsal edilmiş, avtomatik qurulan mexaniki hərəkət mexanizmidir. Dəqiqlik, enerji ehtiyatı, rahatlıq və etibarlılıq baxımından üstün performans təqdim edir. Eksklüziv göy Parachrom saat spiralı ilə təchiz edilməklə yanaşı patentləşdirilmiş Chronergy sürəti tənzimləmə qurğusunu özündə birləşdirir. Hərəkətin enerji ehtiyatı təxminən 70 saata qədərdir.
Mükəmməl xronometr sertifikatı
Bütün Rolex saatları kimi Air-King də Mükəmməl Xronometr sertifikatına malikdir. Bu o deməkdir ki, brendin emalatxanalarında hazırlanan hər bir saat Rolex tərəfindən öz meyarlarına uyğun olaraq laboratoriyalarında həyata keçirilən bir sıra sınaqlardan uğurla keçmişdir. Mükəmməl Xronometr statusu bütün Rolex saatlarında mövcud olan və beynəlxalq beşillik zəmanətə sahib yaşıl siferbatla təcəssüm olunur.