Rolex Day-Date
İdeal nailiyyətlər
Gecə yarısı olduqda Oyster Perpetual Day-Date keçmişlə gələcək arasında, bu günə qədər əldə edilənlər və hələ yaşanmamış olanlar arasında körpü yaradır. 1956-cı ildən bu günə qədər o, uzaqgörənlər, ustadlar və qabaqcıl şəxslərin biləyində tarixin ən mühüm anlarına şahidlik etmişdir. Onlar hər günü gələcəyə verilən vəd kimi görürlər.
-
Rolex
Day-Date 40
Oyster, 40 mm, platin
-
Rolex
Day-Date 36
Oyster, 36 mm, Everose qızıl
-
Rolex
Day-Date 40
Oyster, 40 mm, sarı qızıl
-
Rolex
Day-Date 36
Oyster, 36 mm, ağ qızıl və brilyantlar
-
Rolex
Day-Date 40
Oyster, 40 mm, ağ qızıl
-
Rolex
Day-Date 36
Oyster, 36 mm, platin
-
Rolex
Day-Date 40
Oyster, 40 mm, sarı qızıl
-
Rolex
Day-Date 40
Oyster, 40 mm, Everose qızıl
-
Rolex
Day-Date 36
Oyster, 36 mm, sarı qızıl
Day-Date qlobal, multikultural və daim dəyişən dünyanı təmsil edən saatdır.
1956-cı ildə təqdim edilən Day-Date mühüm yenilik idi: o, tarixə əlavə olaraq, saat 12-də siferblatın qövsvari şüşəsində həftənin gününü tam şəkildə göstərən ilk təqvimli qol saatı idi. Həmin dövr üçün bu, texniki nailiyyət hesab olunurdu. Yalnız 8 kt sarı, ağ, yaxud da Everose qızıl və ya 950 əyar platin kimi qiymətli metallardan hazırlanmış və simvolik President bilərziyinin müşayiət etdiyi çoxsaylı siferblatlar bu saatı şəxsin özünü ifadə etdiyi ideal tablo halına gətirir.
Day-date sizin dilinizdə da
Həftənin günləri hər nə qədər dünyanın hər yerində eyni olsa da, yazılışları dildən asılı olaraq bir-birindən fərqlənir. Bütün yazı sistemlərindən (Latın, Ərəb, Kiril, İvrit, Yapon, Çin ideoqramları və hətta Afrika buynuzu yarımadasında istifadə olunan Efiopiya əlifbası) istifadə edən Day-Date istifadəçisinin mədəni kimliyini ifadə edir. 26 dil seçimində mövcud olan bu saat tamamilə beynəlxalq, universal və şəxsi saatdır.
Gecəyarisi möcüzəsi
Dəqiqliyin ideal təcəs
Gecə yarısı olduqda, siferblatın müvafiq şüşələrində gün və tarix eyni vaxtda dəyişir. “Gecə yarısı möcüzəsi” adlanan bu saat istehsalı nailiyyəti disk mexanizminə əsaslanır. Bu, uzunmüddətli tədqiqatların bəhrəsidir: 1950-ci ildən 1955-ci ilə qədər Rolex gün və tarix göstərilməklə saatlar üçün dörd patent qeydiyyata almışdır.
Hazırda Day-Date yüksək performans səviyyəsi üçün tamamilə Rolex tərəfindən hazırlanmış və istehsal edilmiş 3255 kalibrli mexanizm ilə təchiz edilmişdir.
President bilərziyi
1956-cı ildə prestijli Oyster Perpetual Day-Date-in təqdimatı üçün xüsusi olaraq yaradılmış, yalnız 18 kt qızıldan və ya 950 əyar platindən hazırlanmış üç hissəli əlaqələndirici President bilərziyi hələ də yalnız Day-Date və Datejust-ın qiymətli metal versiyaları üçün nəzərdə tutulmuşdur.
Dəyərli̇ müttəfi
Dünyanın bir çox siyasi xadimləri, idarəçi və uzaqgörən şəxsləri tərəfindən istifadə edilən Day-Date, xüsusilə də onu taxmış görkəmli insanlarla birlikdə xatırlanan adı ilə simvolik President bilərziyi sayəsində dərhal tanınır. Day-Date “prezidentlərin saatı” kimi tanınmışdır.
Onilliklər keçsə də, Day-Date həmişə çağdaşlığın ən qabaqcıl nöqtəsində öz adını qoruyur. Prestijin xronometri və Rolex-in saat istehsalı təcrübəsinin bəhrəsi olan Day-Date öz öhdəliyi, şəxsi keyfiyyətləri və yaradıcı dühası ilə sahələrində dünyanı dəyişdirən şəxsiyyətləri müşayiət edir.
Day-Date ilə əlaqəli Rolex Təmsilçilərinə amerikalı xizəkçi Lindsi Vonn, isveçrəli tennisçi Rocer Federer, amerikalı kinorejissor Martin Skorseze və qolfçular Arnold Palmer, Cek Niklaus və Gari Pleyer daxildir.