Rolex-in Explorer modeli
Böyük miqyasda macəra
Oyster Perpetual Explorer Rolex-in kəşfiyyata olan dərin marağı nəticəsində ortaya çıxmışdır.
1953-cü ildə Everest dağına tarixi dırmanmadan sonra yaradılan Explorer hətta ən ekstremal şəraitdə belə misilsiz xronometrik dəqiqlik təqdim edir.
1930-cu illərdən etibarən Rolex çoxsaylı ekspedisiyaları Oyster Perpetual saatları ilə təchiz etməyə başladı. Alınan rəy Peşəkar kimi tanınan kateqoriyanı (alət kimi xidmət edən Explorer saatları kimi) təkmilləşdirmək üçün istifadə edildi. Rolex saatları bəşəriyyətin ən böyük sərgüzəştlərində iştirak etmişdir. Belə hadisələrdən biri 1953-cü ildə Con Hantın başçılıq etdiyi Everestə ekspedisiya idi və bu ekspedisiyada ser Edmund Hillari və Tensinq Norgey dünyanın ən yüksək dağının zirvəsinə qalxan ilk şəxslər oldular.
Kəşfiyyat üçün dizayn edilmişdir
1953-cü ildə təqdim edilən Explorer sadə dizaynı, böyük saat göstəriciləri və xarakterik 3, 6 və 9 rəqəmləri ilə yüksək oxunaqlı qara siferblatı ilə fərqlənir. Bu, şəraitdən asılı olmayaraq vaxtı dəqiq bildirmək üçün yaradılmış professional saatdır. Chromalight displeyi sayəsində qaranlıqda da siferblatı oxumaq asandır. Hazırda Explorer 1953 orijinal model ölçüsü olan 36 mm, eləcə də 40 mm diametrdə mövcuddur.
Ekstremal şəraitə davamlılıq
Explorer kolleksiyasına aid olan saatlar tədqiqatçıların ehtiyaclarını ödəmək üçün daim təkmilləşərək daha möhkəm və etibarlı olmağa davam edir. Explorer 36 Oystersteel və ya sarı Rolesor versiyasında (Oystersteel və sarı qızılın qarışığı) mövcuddur və Explorer 40 yalnız Oystersteel-də hazırlanır. Rolex üçün xüsusi olaraq hazırlanmış Oystersteel əla antikorroziya xüsusiyyətlərinə malik unikal xəlitədir.
Modellər öz möhkəmliyi ilə tanınan üçhissəli Oyster bilərziyi ilə təchiz edilmişdir. Təsadüfən açılmağın qarşısını alan, Rolex tərəfindən hazırlanmış və patentləşdirilmiş Oysterlock qatlanan təhlükəsizlik qarmağına malikdir, həmçinin Easylink rahat uzatma əlaqələndiricisi ilə təchiz edilmişdir. Bu, brend tərəfindən hazırlanmışdır və istifadəçiyə bilərziyin uzunluğunu təxminən 5 mm asanlıqla tənzimləməyə imkan verir.
Superlative Chronometer sertifikatı
Explorer modeli Superlative Chronometer sertifikatına malikdir. Bu eksklüziv nişanlama Rolex mağazalarından çıxan hər bir saatda təqdim edilir və biləkdəki mükəmməl performansını təsdiqləyir. Bu şirkətdaxili sertifikata beynəlxalq səviyyədə tanınan, müstəqil İsveç qurumları tərəfindən ciddi şəkildə nəzarət edilir.
Superlative Chronometer statusu bütün Rolex saatlarında mövcud olan yaşıl siferblat ilə təcəssüm olunur və beynəlxalq beşillik zəmanəti də əhatə edir.