Rolex at SI LTD Rolex saatları Land‑Dweller
Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Rolex Land‑Dweller
Yeni üfüqlər kəşf edərkən

Saat istehsalının gələcəyinə yön verən şəxslər tərəfindən hazırlanaraq bu sahədə bir sıra nailiyyətlərin təcəssümü olanLand-Dweller sabahın dünyasını bu gün inşa edənlərə ithaf olunmuş bir saatdır.

Bu YouTube videosunu göstərmək üçün razılığınız tələb olunur.

Qəbul et

Bu saat korpus ilə ahəngdar şəkildə inteqrasiya edilərək qüsursuz estetika ortaya çıxaran bilərzik ilə seçilir.

Zərif, cəlbedici dizaynı inqilabi innovasiyalar təqdim edən kalibr 7135 mexanizmini ehtiva edir. Brendin bir çox mexanizmlərindən daha kompaktdır və müstəsna performans göstərərək 5 hers yüksək tezlikdə işləməsi üçün dizayn olunmuşdur.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD
Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Kalibr 7135
Yüksək tezlikli mexanizm

Tamamilə brend tərəfindən hazırlanmış və istehsal edilmiş kalibr 7135 Rolex üçün müstəsna və misilsiz tezlik olan 5 hers və ya saatda 36 000 rəqslə işləyir. Bu, saatın saniyənin onda birinə qədər vaxtı göstərməsinə imkan yaradır. Üstəlik, xüsusilə cazibədar olan dizayn təqdim edir. Saatın şəffaf arxa korpusu sayəsində sarı qızıldan, kəsik formalı sallanan ağırlıq, eləcə də körpülərdəki Rolex-ə məxsus zərif Côtes de Genève dekorasiyası heyranlıq doğurur.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD
Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Kalibr 7135
Dynapulse sürəti tənzimləmə qurğusu

Ən mühüm innovasiya olan 7135 kalibrlik Dynapulse sürəti tənzimləmə qurğusu ənənəvi İsveçrə manivelalı qurğunun inqilabi alternatividir. Əsasən silikon komponentlərdən hazırlanmış və innovativ arxitekturaya malik, enerjini ardıcıl paylayan bu qurğu son dərəcə yüngüldür, maqnit sahələrindən, demək olar ki, təsirlənmir və ənənəvi sürəti tənzimləmə qurğusu ilə müqayisədə enerji səmərəliliyi daha yüksəkdir.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Kalibr 7135
Son model ossilyator

7135 kalibrlik ossilyator materialı və istehsalı xüsusi çətinlik yaradan val, optimallaşdırılmış latundan hazırlanmış rəqqas və silikon Syloxi saat spiralı ilə seçilir. Patentləşdirilmiş val Rolex-ə məxsus yeni yüksək texnologiyalı keramikdən hazırlanmış və brenddə ilk dəfədir ki, lazer ilə forma verilmişdir. Optimallaşdırılmış Paraflex amortizatorları istənilən mövqedə mexanizmin zərbəyə qarşı davamlılığını artırmışdır. Son olaraq, ossilyator komponentlərinin istehsalında istifadə edilmiş müxtəlif materialları sayəsində güclü maqnit sahələrə davam gətirə bilər.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD
Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Düz səthli Jubilee bi̇lərzi̇yi
Korpusla vəhdət halında

Land-Dweller modeli korpus ilə bilərzik arasında qüsursuz, davamlı keçidlə xarakterizə olunduğuna görə inteqrasiya edilmiş bilərzikli saatların dizaynına yeni perspektiv qazandırır. 1945-ci ildə Datejust modelində təqdim olunan simvolik Jubilee bilərziyindən ilhamlanmış düz səthli Jubilee bilərziyi xüsusi olaraq Land-Dweller üçün dizayn olunmuşdur. Əlaqələndiriciləri metal bilərziklərimiz arasında unikal xüsusiyyət hesab olunan fərqli düz səthə malikdir. O cümlədən, bu bilərzikdə cilalanmış mərkəzi əlaqələndiricilər və üstü texniki parlaq səthli, kənarları isə cilalanmış xarici əlaqələndiricilərdən ibarət tam yeni bir örtük növü təqdim olunur. Yan tərəfdən baxıldıqda korpusun üst kənarlarındakı cilalanmış əyrimlər və xarici əlaqələndiricilər saatın ahəngdar dizaynını daha da vurğulayan işıq çevrəsi formalaşdırır.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Siferblat
Pətək motivi

Əyri flansla əhatə olunmuş bu qrafik siferblat yüksək texnologiyalı lazerdən istifadə edilərək yaradılmış, həndəsi formalı dekorasiya olan pətək motivi ilə bəzədilmişdir. Tünd-ağ siferblatın parlaq səthi və buz mavisi siferblatın gün şüası örtüyü ənənəvi üsullarla hazırlanır. Chromalight displeyi olan versiyalarda komponentin bütün uzunluğu boyunca lüminessent materialı ilə örtülmüş açıq rəqəmlər və indeksli saat göstəriciləri kolleksiyaya məxsus xüsusiyyətlərdir. Onlar Land-Dweller modelini istənilən vəziyyətdə optimal oxunanlılıq ilə təmin edir. Əqrəblər də lüminessent ilə hazırlanmış, xüsusi olaraq bu model üçün dizayn olunmuşdur. Xüsusilə, saniyə əqrəbi siferblatın pətək motivini yansıdan əks-ağırlığının dizaynı ilə fərqlənir.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD
Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Mükəmməl Xronometr sertifikatı

Bütün Rolex saatları kimi Oyster Perpetual Land-Dweller 40 və Oyster Perpetual Land-Dweller 36 modeli də 2015-ci ildə Rolex tərəfindən yenidən müəyyən edilən Mükəmməl Xronometr sertifikatı ilə təmin edilib. Bu o deməkdir ki, İsveçrənin Rəsmi Xronometr Yoxlanışı Qurumu (COSC) tərəfindən mexanizmin rəsmi sertifikasiyasından sonra brendin emalatxanalarında hazırlanan hər bir saat Rolex tərəfindən öz meyarlarına uyğun olaraq laboratoriyalarında həyata keçirilən bir sıra sınaqlardan uğurla keçmişdir. Rolex Mükəmməl Xronometr dəqiqliyi gündə −2/+2 saniyə aralığındadır. Tamamlanmış saat üçün brendin məqbul hesab etdiyi real vaxtdan sapma dərəcəsi COSC tərəfindən yalnız mexanizmin rəsmi sertifikasiyası üçün qəbul edilən dərəcədən əhəmiyyətli ölçüdə azdır.

 

Mükəmməl Xronometr statusu bütün Rolex saatlarında mövcud olan yaşıl siferblat ilə təcəssüm olunur və beynəlxalq beşillik zəmanəti də əhatə edir.

Araşdırmağa davam edin