Rolex at SI LTD Rolex saatları Lady-Datejust
Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Rolex Lady-Datejust
Zərif eleqantlıq

« Xanımlar üçün nəzərdə tutulmuş klassik saat. » Bəziləri Oyster Perpetual Lady Datejust-u belə təsvir edə bilər. Haqlı ola bilərlər. 20-ci əsrin əvvəllərindən etibarən Rolex öz əfsanəvi adını yaradan bütün modellərlə eyni mükəmməllik standartına malik, hər bir qadının biləyi üçün uyğun saatlar dizayn edib və hazırlayıb. Belə ki, « klassik » dedikdə həmişə daha yüksək standartları izləmək, həmçinin zəriflik ilə dəqiqliyi, incəlik ilə dayanıqlılığı, gözəllik ilə performansı birləşdirərək ənənəni davam etdirmək nəzərdə tutulursa,... o zaman Lady-Datejust həqiqətən də xanımlar üçün nəzərdə tutulmuş klassik saatdır.

Bu YouTube videosunu göstərmək üçün razılığınız tələb olunur.

Qəbul et

Klassik Rolex qadın saatının ən mükəmməl nümunəsi. Təkmilləşdirilmiş cazibəsi, üslubu və texniki performansı ilə.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Rolex tarixində önəmli rol

Öncül qadınlar həmişə Rolex tarixində önəmli rola malik olublar. Brendin yarandığı ilk gündən bəri güclərini artırmaq üçün göstərdikləri cəhdləri dəstəkləyəcək xüsusi saatların yaradılmasına və hazırlanmasına ilham veriblər. Lady-Datejust öncül olmağa cəsarət edənlər üçün bir tərifdir. O, klassik zərifliyi və texniki performansı özündə birləşdirməklə yanaşı, dəqiqliyi də təcəssüm etdirir.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Datejust modelinin davamçısı

1957-ci ildə təqdim edilən Lady-Datejust modeli 1945-ci ildə satışa buraxıldığı gündən bəri üslub və texniki performansın simvoluna çevrilən məşhur Rolex saatı Datejust modelinin bütün xüsusiyyətlərini özündə birləşdirir. Bu tarix xronometrinin qadın üçün versiyası olan Lady-Datejust nazik biləyə mükəmməl şəkildə uyğunlaşan daha kiçik ölçüdə Datejust modelinin zərifliyini özündə daşıyır.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Versiyaların zənginliyi

Brilyant döşənmiş və ya çəhrayı incidən hazırlanmış gün şüası örtüklü siferblatlar ilə Lady-Datejust o qədər çox seçim təklif edir ki, istifadəçilər asanlıqla özlərinə uyğun olanını tapa bilərlər. Versiyadan asılı olaraq Lady-Datejust yuvarlaq, yivli və brilyantlarla bəzədilmiş bezel ilə mövcuddur.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Eksklüziv materiallar

Lady-Datejust Oystersteel, 18 kt sarı, ağ və ya Everose qızıl, yaxud Oystersteel və üç qızıl çeşidindən birini (ağ, sarı və Everose) birləşdirən Rolesor versiyalarında mövcuddur.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

28 mm Oyster korpusu

Lady-Datejust modelinin 28 mm ölçüdə Oyster korpusu mütənasiblik, möhkəmlik və zərifliyin mükəmməl vəhdətidir. Müstəsna formaya sahib orta korpus yüksək korroziyaya davamlı xəlitə olan Oystersteel-in möhkəm blokundan və ya 18 kt qızıldan hazırlanmışdır. Onun 100 metr (330 fut) dərinliyə qədər sukeçirməzliyinə zəmanət verilir.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Simvolik bilərziklər

Versiyadan asılı olaraq Lady-Datejust qatlanan Oysterclasp ilə üç hissəli əlaqələndirici Oyster bilərziyi; 1945-ci ildə Crownclasp ilə yalnız Datejust üçün yaradılmış beşhissəli əlaqələndirici Jubilee bilərziyi; və ya Crownclasp ilə üç hissəli əlaqələndirici President bilərziyi ilə mövcuddur.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Perpetual Kalibr 2236

Lady-Datejust Rolex tərəfindən hazırlanıb istehsal edilmiş, avtomatik qurulan mexaniki hərəkəti olan kalibr 2236 ilə təchiz edilmişdir. Bu mexanizmin arxitekturası onu son dərəcə dəqiq və etibarlı edir. 2236 kalibri Rolex tərəfindən patentləşdirilmiş və istehsal edilmiş silikon Syloxi saat spiralını özündə birləşdiririr. Maqnit sahələrinə qarşı davamlı olan Syloxi saat spiralı temperatur dəyişikliklərinə qarşı möhtəşəm stabillik təqdim edir. Patentləşdirilmiş geometriyası istənilən vəziyyətdə düzgünlüyünü təmin edir.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Mükəmməl xronometr sertifikatı

Bütün Rolex saatları kimi Lady-Datejust modeli də Mükəmməl Xronometr sertifikatına malikdir. Bu o deməkdir ki, brendin emalatxanalarında hazırlanan hər bir saat Rolex tərəfindən öz meyarlarına uyğun olaraq laboratoriyalarında həyata keçirilən bir sıra sınaqlardan uğurla keçmişdir. Mükəmməl Xronometr statusu bütün Rolex saatlarında mövcud olan və beynəlxalq beşillik zəmanətə sahib yaşıl siferbatla təcəssüm olunur.

Araşdırmağa davam edin