Rolex Cosmograph Daytona
Dözümlülüyün zəfəri
1963-cü ildə təqdim edilən Oyster Perpetual Cosmograph Daytona saat istehsalı sahəsindəki statusunu çoxdan aşaraq ikonaya çevrilmişdir. Oyster Perpetual Cosmograph Daytona Floridada, Deytona-Biçdəki məşhur avtodromun adı ilə ayrılmaz şəkildə bağlıdır. Rolex və motorsport, xüsusən də dünyanın ən böyük dözümlülük yarışları arasındakı əlaqələri təcəssüm etdirir. Onun əfsanəvi statusu təzadlı dairələrlə dərhal tanınan siferblatı sayəsindədir. İllər keçdikcə davamlı olaraq təkmilləşən və yenilənən Cosmograph Daytona öz yolunu yaratmağı seçənlərin etibarlı və dəqiq yoldaşıdır.
-
Rolex
Cosmograph Daytona
Oyster, 40 mm, platin
-
Rolex
Cosmograph Daytona
Oyster, 40 mm, sarı qızıl
-
Rolex
Cosmograph Daytona
Oyster, 40 mm, Everose qızıl
-
Rolex
Cosmograph Daytona
Oyster, 40 mm, ağ qızıl və brilyantlar
-
Rolex
Cosmograph Daytona
Oyster, 40 mm, Oystersteel və sarı qızıl
-
Rolex
Cosmograph Daytona
Oyster, 40 mm, Oystersteel
-
Rolex
Cosmograph Daytona
Oyster, 40 mm, ağ qızıl
-
Rolex
Cosmograph Daytona
Oyster, 40 mm, Everose qızıl
-
Rolex
Cosmograph Daytona
Oyster, 40 mm, sarı qızıl
Cosmograph Daytona Rolex təcrübəsinin simvoludur və xronometrik dəqiqlik, eləcə də dəyişməz etibarlılıq kimi üstünlüyü ilə seçilir.
Əfsanəvi dizayn
Bezel, dəqiqə şkalası və üç sayğac: bu xarakterik beşdairəli təsvir Cosmograph Daytona-nın simvoludur. Getdikcə siferblatların dizaynı, rəng kombinasiyaları və korpusların arxitekturası modelin zərifliyini bir daha təsdiqləmək üçün mütəmadi olaraq yenidən işlənilmişdir.
Cosmograph Daytona-nın vizual kimliyinin əsas hissəsi olan taximetr şkalası saatın bezelində yerləşir. Mərkəzi saniyə əqrəbi vasitəsilə saatda 400 kilometr və ya milə qədər orta sürəti təyin etməyə imkan verir.
Kalibr 4131: Ən yüksək səviyyəli xronoqraf mexanizmi
Cosmograph Daytona 4131 kalibr ilə təchiz edilmişdir. Tamamilə Rolex tərəfindən hazırlanmış və istehsal edilmiş bu xronoqraf mexanizmi 4130 kalibrinin təkmilləşdirilmiş versiyasıdır. 2023-cü ildə təqdim edilən versiya Rolex-in öz mexanizmlərinə gətirdiyi bir sıra əsas yenilikləri, həmçinin Chronergy sürəti tənzimləmə qurğusu, Paraflex amortizatorları və optimallaşdırılmış diyircəkli yastığı özündə birləşdirir.
Bu kalibr bir sıra xüsusiyyətlər təqdim edir: kəsik rotor və körpülərdə ənənəvi İsveçrə saat istehsalının simvolik tamamlamasının yenidən şərhi olan eksklüziv Rolex Côtes de Genève dekorasiyası.
Buz mavisi siferblatı ilə tanınan 950 əyar platin versiyasında rotor sarı qızıldan hazırlanmışdır və sapfirdən şəffaf arxa korpus vasitəsilə istifadəçiyə görünür.
Oysterflex bilərziyi: Hərtərəfli komfort
Cosmograph Daytona-nın Cerachrom bezeli önə çıxardan 18 kt qızıl versiyaları Oysterflex bilərziyi ilə mövcuddur. Rolex tərəfindən hazırlanıb patentləşdirilmiş bu bilərzik metal bilərziyin möhkəmliyini elastomer bilərziyin rahatlığı ilə birləşdirir. Təsadüfən açılmasının qarşısını alan Oysterlock təhlükəsizlik qarmağı ilə təchiz olunması sayəsində onun uzunluğu dahiyanə Rolex Glidelock uzatma sistemi vasitəsilə tənzimlənə bilər.
Ənənəvi formadan uzaq
Cosmograph Daytona təqdim edildiyi gündən etibarən motorsport həvəskarlarının saat seçimi olmuşdur. Əfsanəvi aktyor, təcrübəli yarış sürücüsü və qabaqcıl sosial sahibkar Pol Nyuman, Formula 1® yarışının simvolik siması Ser Ceki Stüart, son 50 ilin ən məşhur sürücülərindən biri, Le Mans 24 Saat yarışlarında doqquz rekord qazanan danimarkalı yarış sürücüsü Tom Kristensen və tək oturacaqlılar üzrə yeni qadın referansına çevrilmiş gənc britaniyalı yarış sürücüsü Ceymi Çedvik kimi bir çoxları xronoqrafı yarış meydançasından kənarda gündəlik həyatlarında da istifadə ediblər.