Rolex saatınızın texniki xidməti - SI LTD Rolex saatınızın texniki xidməti - SI LTD

SI LTD adlı pərakəndəçidə Rolex saatlarının texniki xidməti və təmiri

Rolex qol saatları dayanıqlılıq nəzərdə tutularaq hazırlanır.

 

Rolex saatı hazırlandığı andan emalatxananı tərk edənə qədər onun təkmilləşdirilməsi və istehsalı üzrə hər bir mərhələdə qarşımıza qoyduğumuz yeganə məqsəd keyfiyyətdir. Nəticədə, Rolex saatı uzun müddət işləyir, hətta bir nəsildən digərinə ötürülür.

Rolex saatınızın texniki xidməti - SI LTD Rolex saatınızın texniki xidməti - SI LTD

Saatinizi mütəxəssi̇sə həvalə edi

Saatınız uzun illər özünü doğruldan təmir xidmətləri ilə daha ciddi qayğıya layiqdir. SI LTD Rolex Rəsmi Pərakəndəçisi kimi Rolex saatınızı təmir etmək hüququna malikdir. Saat istehsalçılarımızın ciddi standartları və təcrübəsi sayəsində Rolex saatınız üstün etibarlılığı və müstəsna gözəlliyi ilə uzun müddət işləyə bilər.

SI LTD i̇lə Rolex-in təmirə verilməs

SI LTD rəqibsiz peşəkarlığı və təcrübəsi ilə dünya miqyasında Rolex təlimindən keçmiş saat ustalarının şəbəkəsinin bir hissəsi olmaqdan qürur duyur. Rolex emalatxanasından çıxan bütün saatların orijinal funksional və estetik xüsusiyyətlərə uyğun olmasını təmin etmək üçün hazırlanmış Rolex Təmir Proseduruna əməl edirik.

Rolex saatınızın texniki xidməti - SI LTD Rolex saatınızın texniki xidməti - SI LTD
Baku ərazisindəki rəsmi rolex pərakəndəçisi - SI LTD

Səlahi̇yyətli̇ xi̇dmət mərkəzi

Ən müasir emalatxanalarımızdakı saat ustaları dəqiq mükəmməllik meyarlarına uyğun olaraq təlim alır və müntəzəm olaraq Rolex tərəfindən qiymətləndirilir. Bilərziyin uzunluğunu tənzimləməkdən tutmuş tam təmir proseduruna qədər,

Rolex saatı üçün hər növ xidmət əməliyyatı SI LTD pərakəndəçisinə həvalə edilə bilər.

Rolex saatınızın texniki xidməti - SI LTD Rolex saatınızın texniki xidməti - SI LTD

Rolex təmi̇r prosedur

Rolex təmir proseduru Rolex emalatxanasından çıxan bütün saatların orijinal funksional və estetik xüsusiyyətlərə uyğun olmasını təmin etmək üçün hazırlanıb. Hər bir mexanizm tam şəkildə yoxlanılıb və parıltısını bərpa etmək üçün hər bir korpus, eləcə də bilərzik diqqətlə cilalanıb. Xronometrin dəqiqliyi və suyadavamlılığı Rolex qol saatından təbii olaraq gözlədiyiniz keyfiyyət və etibarlılıq səviyyəsini təmin etmək üçün ciddi şəkildə sınaqdan keçirilir.

Rolex saatınızın texniki xidməti - SI LTD Rolex saatınızın texniki xidməti - SI LTD

İki̇ i̇lli̇k təmi̇r zəm

Tam təmirdən sonra Rolex üçün iki illik Təmir Zəmanəti verilir. Bu zəmanət qəza və ya saatı yanlış təmir etmək nəticəsində yaranan hər hansı bir zədələnmə və ya dəyən zərəri əhatə etmir. Rolex tərəfindən icazə verilməyən üçüncü tərəfin etdiyi istənilən müdaxilə və ya Rolex tərəfindən istehsal olunmayan hər hansı hissə, yaxud aksesuarın əlavə edilməsi Təmir Zəmanətini etibarsız edəcək.

Rolex saatınızın texniki xidməti - SI LTD Rolex saatınızın texniki xidməti - SI LTD
Rolex saatınızın texniki xidməti - SI LTD Rolex saatınızın texniki xidməti - SI LTD

Araşdırmağa davam edin