Rolex-in Explorer II modeli
Tədqiqatçı saatı
Oyster Perpetual Explorer II dünyanın ən ucqar yerlərinə, adətən, ekstremal şəraitdə yeni kəşflər üçün yola düşən şəxslərin ideal saat seçimidir.
24 saatlıq displeyi sayəsində aydın şəkildə gecəni gündüzdən ayırmağa imkan verir.
Dağ zirvələri, okeanlar, vulkanlar və qütb bölgələri kimi şərait Rolex üçün hər zaman sınaq məkanı olaraq xidmət göstərmişdir.
Oyster Perpetual saatları Himalay dağlarında bir sıra ekspedisiyaları müşayiət etdi. Bunların arasında 1953-cü il 29 may tarixində Ser Edmund Hillari və Tensinq Norgey Şerpanın Everest zirvəsini ilk dəfə fəth etdikləri qrup ekspedisiyası da yer alır. Həmin saatlar dünyanın ən ucqar yerlərinə yola düşən tədqiqatçılara səhralarda, qütblərdə və ya yeraltı məkanlarda bələdçilik etdi. Belə çətin və az tanınan yerlərdə gecəni gündüzdən ayırmaq mümkün olmaya bilər. Günlərlə günəş işığı görməyən speleoloqlar və ya davamlı olaraq gecə və ya gündüz yola düşən qütb ekspedisiyaları üçün Explorer II modeli 24 saatlıq displeyi ilə onların avadanlığının ayrılmaz bir hissəsidir.
Kəşfiyyat üçün dizayn edilmişdir
Explorer II 1971-ci ildə təqdim edilmiş və Explorer kimi o da Rolex-in kəşfiyyatla olan imtiyazlı münasibəti davam etdirir. mişdir və Explorer kimi o da Rolex-in kəşfiyyatla olan imtiyazlı münasibəti davam etdirir. Explorer II modelinin əlavə, narıncı saat əqrəbi və oyulmuş bezeldən ibarət 24 saatlıq displeyi istifadəçiyə gündüzü gecədən ayırd etməyə (gündüzü gecədən ayırmağın çətin olduğu yerlərdə praktiki seçimdir, məsələn ilin müəyyən vaxtlarında qütblərdə və mağaralarda – və ya ikinci saat qurşağında vaxtı müəyyən etməyə) imkan verir.
Oyster bilərziyi
Explorer II Oystersteel-dən hazırlanıb və üçhissəli əlaqələndiricisi olan Oyster bilərziyi ilə təklif olunur. Bu bilərzik Rolex tərəfindən hazırlanmış, təsadüfi açılmanın qarşısını alan Oysterlock qatlanan təhlükəsizlik qarmağı ilə təchiz edilmişdir. O, istənilən şəraitdə əlavə rahatlıq üçün bilərziyin uzunluğunu təqribən 5 mm asanlıqla artırmağa imkan verən, brend tərəfindən hazırlanmış Easylink rahat uzatma əlaqələndiricisi ilə təchiz edilmişdir.
Chromalight displeyi
Explorer II saatının göstəriciləri istənilən şəraitdə son dərəcə oxunaqlıdır. Chromalight displeyi sayəsində sadə yüksək kontrasta malik siferblatı qaranlıqda da oxumaq asandır. Saat göstəriciləri və əqrəblər uzunmüddətli mavi işıq yayan lüminessent materialla doldurulur və ya örtülür.
Kalibr 3285
Explorer II tamamilə Rolex tərəfindən hazırlanıb istehsal edilmiş, avtomatik qurulan mexaniki hərəkəti olan kalibr 3285 ilə təchiz edilmişdir. Texnologiyanın mükəmməl nümayişi olan bu hərəkət mexanizmi bir sıra patentə malikdir. Xüsusilə dəqiqlik, enerji ehtiyatı, rahatlıq və etibarlılıq baxımından üstün performans təqdim edir.
Superlative Chronometer sertifikatı
Explorer modeli Superlative Chronometer sertifikatına malikdir. Bu eksklüziv nişanlama Rolex mağazalarından çıxan hər bir saatda təqdim edilir və biləkdəki mükəmməl performansını təsdiqləyir. Bu şirkətdaxili sertifikata beynəlxalq səviyyədə tanınan, müstəqil İsveç qurumları tərəfindən ciddi şəkildə nəzarət edilir.
Superlative Chronometer statusu bütün Rolex saatlarında mövcud olan yaşıl siferblat ilə təcəssüm olunur və beynəlxalq beşillik zəmanəti də əhatə edir.