Rolex at SI LTD Rolex saatları Sky-Dweller
Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Rolex Sky-Dweller
İnsan şüurunun sərhədlərini aşan

Zərif və texniki baxımdan təkmilləşmiş Oyster Perpetual daim dünyanı gəzən şəxslər üçün dizayn olunub. Saros illik təqvimi və Ring Command sisteminə sahib olan bu saat eyni vaxtda iki saat qurşağını, o cümlədən tarixi, ayı göstərir və onların sadə bir jestlə tənzimlənməsinə imkan yaradır.

Bu YouTube videosunu göstərmək üçün razılığınız tələb olunur.

Qəbul et

Son dərəcə innovativ olan Sky‑Dweller modeli mexanizm mükəmməlliyi ilə orijinal displeyi birləşdirir.

2012-ci ildə yarandığı gündən bəri Sky-Dweller dünyanı sərhədləri olmayan vahid bir ərazi kimi görənlərə hədəflənib. O, səyahətçilərin vaxt müxtəlifliyinin səbəb olduğu xətalardan qaçmalarına və hər zaman bir addım irəlidə olmalarına imkan yaradır.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

İkinci saat qurşağı bir baxışda əlçatandır

Sky-Dweller mərkəzi əqrəblə bildirilən yerli vaxtı göstərməklə yanaşı eyni anda ikici saat qurşağındakı vaxtı da göstərir. Bu ikinci saat qurşağı - və ya istinad vaxtı 24 saatlıq fırlanan diskdə qırmızı silueti olan yüksək oxunaqlı, kiçik üçbucaqla göstərilir. Modelin orijinal dizayn elementi olan mərkəzdənxaric disk gündüz və gecə saatlarını dəqiq şəkildə ayırmağa imkan verir: o, dünyanın digər ucuna səyahət edənlər üçün əvəzolunmaz sərvətdir.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

İnnovativ və intuitiv illik təqvim

Xüsusi olaraq Sky-Dweller üçün yaradılmış patentli Saros illik təqvimi modelin kimliyinin əsas elementidir. İnnovativ dizayna malik bu mexanizmin adı ay və günəş tutulmaları tsiklini ifadə edən yunan terminindən götürülüb.

 

Saros təqvimi avtomatik şəkildə 30 və 31 günlük ayları fərqləndirir. Buna görə də fevral ayının mart ayı ilə əvəz olunduğu ildə yalnız bir dəfə manual tarix tənzimlənməsi tələb olunur. O, intuitiv və asan oxunulandır. Cari ay siferblat ətrafındakı göstəricini vurğulayan on iki pəncərədən birində qırmızı rəngdə göstərilir.

 

Saat istehsalı innovasiyası Rolex avtomatik dəyişən tarix təqviminə əlavə edilmiş ikidişli çarx nisbəti və yalnız dörddişli çarxa əsaslanır. Bu sadə quruluş Saros illik təqviminə mükəmməl etibarlılıq qazandırır.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Ring Command sistemi
Vaxt nəzarət altındadır

Rolex tərəfindən yaradılmış patentli Ring Command sistemi dövr edən bezel, burulan tac və mexanizm arasında innovativ qarşılıqlı əlaqə mexanizmidir. O, müxtəlif Sky-Dweller funksiyalarını burulan tacla tənzimləmədən əvvəl onların asanlıqla, sürətlə və etibarlı şəkildə seçilməsinə imkan yaradır.

 

Asanlıqla idarə etmək üçün nəzərəçarpan görünüşü olan Yivli bezeli saat istiqamətinin əksinə çevirərək, saatı taxan şəxs quraşdırmaq istədiyi göstərmə istiqamətini seçir. Birinci çərtik: tarix və ay. İkinci çərtik: yerli vaxt. Üçüncü çərtik: istinad vaxtı.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Əsl səyyahlar üçün

İstər qolfçu, istər dənizçi, istərsə də atlı olsun, dünyanı gəzən bu şəxslər getdiyi ünvan və qət etdiyi məsafədən asılı olmayaraq həmişə hazır olmalıdır.

 

İspan golfçu Con Rahm, Braziliyalı kapitan Robert Şeydt və amerikalı konkur yarışı üzrə idmançı Kent Farrington Sky-Dweller modelini seçən Rolex Təmsilçiləri arasındadır.

Araşdırmağa davam edin