Rolex GMT-Master II
Dünya ilə əlaqədə
Oyster Perpetual GMT-Master II eyni anda iki fərqli saat qurşağında vaxtı göstərmək üçün hazırlanmışdır. Möhkəmliyi və funksionallığı ilə dünyanı gəzmək üçün ideal saatdır. 1955-ci ildə satışa çıxarılmış GMT-Master 20-ci əsrin ikinci yarısında qitələrarası səyahətin sürətlə genişlənməsinin şahidi oldu. O, hətta həmin vaxt Amerikanın ən məşhur, beynəlxalq hava yolu şirkəti statusu daşıyan Pan American World Airways-in rəsmi saatına çevrildi.
-
Rolex
GMT-Master II
Oyster, 40 mm, Oystersteel
-
Rolex
GMT-Master II
Oyster, 40 mm, Everose qızıl
-
Rolex
GMT-Master II
Oyster, 40 mm, Oystersteel və sarı qızıl
-
Rolex
GMT-Master II
Oyster, 40 mm, sarı qızıl
-
Rolex
GMT-Master II
Oyster, 40 mm, Oystersteel
-
Rolex
GMT-Master II
Oyster, 40 mm, Oystersteel və Everose qızıl
-
Rolex
GMT-Master II
Oyster, 40 mm, Oystersteel
Oyster Perpetual GMT Master II həm funksiyası, həm də adı ilə saat qurşaqlarında uzun məsafəli səyahəti xatırladır.
Əsl "xüsusi saat" olan GMT-Master artan texniki performans təqdim etmək üçün daim inkişaf etdi. Rolex 1982-ci ildə saat əqrəbinin digər əqrəblərdən asılı olmayaraq qurulmasına imkan verən yeni bir hərəkət mexanizmi təqdim etdi. Bu təkamülü aydın şəkildə qeyd etmək üçün optimallaşdırılmış hərəkətlə təchiz edilmiş model, GMT-Master II adlandırıldı.
Bir alət - bir neçə saat qurşağı
GMT-Master II müxtəlif ikili rəng kombinasiyalarında mövcud olan şkalalı bezel əlavəsi ilə gözəçarpan dizayna sahibdir. Saatın aşağı yarısı gündüz vaxtını, yuxarı yarısı isə gecə vaxtını təmsil edir. Ənənəvi saat, dəqiqə və saniyə əqrəbləri, üçbucaq formalı 24 saatlıq əqrəb və 24 saatlıq şkalalı Cerachrom bezel əlavəsi ilə iki istiqamətdə dövr edən bezelə sahib GMT-Master II eyni anda iki saat qurşağı – yerli vaxt və istinad vaxtı, yaxud yerli vaxt və alternativ saat qurşağı üzrə vaxtı göstərmək funksiyasına malikdir.
Rolex tərəfindən hazırlanıb istehsal edilmiş, avtomatik qurulan mexaniki hərəkəti olan GMT-Master II modelinin son versiyası kalibr 3285 ilə təchiz edilmişdir. Texnologiyanın mükəmməl nümayişi olan bu hərəkət dəqiqlik, enerji ehtiyatı, rahatlıq və etibarlılıq baxımından üstün performans təqdim edir. Eksklüziv göy Parachrom saat spiralı ilə təchiz edilməklə yanaşı, patentləşdirilmiş Chronergy sürəti tənzimləmə qurğusunu özündə birləşdirir. Hərəkət mexanizminin enerji ehtiyatı təxminən 70 saata qədərdir.
Yüksək texnologiyalı keramik
Cerachrom bezel əlavəsi Rolex tərəfindən son dərəcə sərt keramikdən tək parça halında istehsal edilir. Bu yüksək texnologiyalı material praktiki olaraq cızıqlara davamlıdır və zaman keçdikcə rənglər canlılığını itirmir. Rolex 2013-cü ildə dünyada bir ilk olan ikirəngli, tək parça halında və bir yarısı göy, digəri qara olan keramik bezel əlavəsini təqdim edərək yeni bir cığır açdı. Bir il sonra brend Cerachrom bezel əlavəsini GMT-Master-in orijinal rəngləri olan qırmızı və göy rənglərdə satışa çıxardı. Brend öz estetik və keyfiyyət meyarlarına uyğun qırmızı keramik hazırlamaq üçün qabaqcıl tədqiqatlar apardı.
İllər ərzində Rolex qəhvəyi və qara (2018), yaşıl və qara (2022) kimi digər rəng kombinasiyalarını korpusun sol tərəfində tac və tac qoruyucusu və saat 9-da tarix displeyi olan versiyada təqdim etdi, eləcə də boz və qara (2023) rəng kombinasiyasını nümayiş etdi. 2025-ci ildə Rolex GMT-Master II modelində ilk keramik siferblatını təqdim etdi. Siferblat saat panelini əhatə edən, ikirəngli yaşıl və qara Cerachrom bezel əlavəsinin aşağı hissəsi ilə eyni yaşıl tona malik idi.
Mükəmməl xronometr sertifikatı
Bütün Rolex saatları kimi GMT-Master II Mükəmməl Xronometr sertifikatına malikdir. Bu o deməkdir ki, brendin emalatxanalarında hazırlanan hər bir saat Rolex tərəfindən öz meyarlarına uyğun olaraq laboratoriyalarında həyata keçirilən bir sıra sınaqlardan uğurla keçmişdir. Mükəmməl Xronometr statusu bütün Rolex saatlarında mövcud olan və beynəlxalq beşillik zəmanətə sahib yaşıl siferbatla təcəssüm olunur.