Yeni saatlar 2026
Rolex-in Yacht-Master II modeli Zamana qarşı yarışı idarə etmək
Yeni saatlar 2026
Rolex-in Yacht-Master II modeli Zamana qarşı yarışı idarə etmək
Rolex yeni nəsil Oyster Perpetual Yacht-Master II modelini təqdim edir. Bu bənzərsiz reqatta xronoqrafının Oystersteel və ya 18 kt sarı qızılda təqdim olunan yeni versiyası tamamilə yenilənmiş dizayna və mexanizmə sahibdir.
Fərqli funksiyaların displeyi və geriyə saymanın operativliyi daha yaxşı oxunma və asan istifadə üçün yenidən dizayn olunmuşdur.Geriyə sayma şkalası arıtq siferblatdakı flans üzərində görünür və funksiya yalnız yan tərəfdəki iki düymə ilə proqramlaşdırılır və istifadə edilir.Saatın dənizçilik üslubu Yacht-Master kolleksiyasındakı yerini təsdiqləyən, diqqətlə düşünülmüş bir çox vizual detal vasitəsilə vurğulanır.Yeni Yacht-Master II saatı ən azı orijinal modelin buraxılışda yaratdığı qədər dolğun təəssürat doğuracaq.
Siferblat və şkalalı flans
Optimal oxunaqlılıq
Displey fərqli funksiyaların daha oxunaqlı olmasını təmin etmək üçün dizayn olunmuşdur.Siferblat parıltıları azaltmaq üçün yeni mat ağ lakla örtülmüşdür və Peşəkar kateqoriyalı saatların simvolu olan aplikasiyalı indeksi olan saat göstəricilərinə malikdir.Geri sayım funksiyasına həsr edilmiş flans siferblat üzərində son dərəcə yüksək dəqiqliklə yerləşdirilmişdir. Bu xüsusiyyət üçün patent müraciəti edilmişdir.10-dan 0-a qədər dəqiqə şkalalarına malikdir və yarım dəqiqələr üçbucaqlarla göstərilmişdir.
Cerachrom bezel əlavəsi Yüksək texnologiya konsentrasiyası
Oystersteel və ya 18 kt sarı qızıl versiyalarında mövcud olan Yacht-Master II modeli göy keramikdən olan 60 dəqiqəlik şkalalı Cerachrom əlavəsi ilə təchiz edilmiş, iki istiqamətdə dövr edən bezelə sahibdir.Son dərəcə sərt və faktiki olaraq cızıqlara davamlı olan, Rolex tərəfindən istifadə edilən yüksək texnologiyalı keramikanın emal edilməsi üçün xüsusi alətlər tələb edilir.Sabit rəngi ultrabənövşəyi şüaların təsirinə məruz qalmır, kimyəvi tərkibi sayəsində dözümlüdür və korroziyaya məruz qalması mümkün deyil.
Bu göy Cerachrom əlavəsinin üzərindəki qəliblənmiş, girintili işarə və rəqəmlər PVD (Physical Vapour Deposition) vasitəsilə platin və ya sarı qızıl qatı ilə örtülmüşdür.Şkalanın ilk 30 dəqiqəsi hər dəqiqə üzrə işarələnib.Bezel neytral mövqedə olduqda xronoqrafın mərkəzi saniyə əqrəbi vasitəsilə geri sayımın son 30 saniyəsi daha dəqiq oxuna bilər.İstifadəçiyə iki buy arasındakı üzmə vaxtı kimi zaman intervalını hesablamağa imkan verən bu şkalalı bezel çıxıntılı kənarı ilə əldə mükəmməl tutulmasını təmin edir.
Oyster bilərziyi Simvolik və möhkəm
Yacht-Master II Oyster bilərziyi ilə təchiz olunmuşdur.1930-cu illərin sonunda yaradılmış bu geniş və azca əyri üç hissəli əlaqələndiricisi olan metal bilərzik möhkəmliyi ilə tanınır.Yacht-Master II modelinin Oystersteel və ya 18 kt sarı qızıldan Oyster bilərziyi daha incə Oysterlock təhlükəsizlik qarmağı ilə təchiz olunmuşdur.Bu qatlanan qarmaq istifadəçiyə bilərziyin uzunluğunu təqribən 5 mm-ə qədər asanlıqla tənzimləməyə imkan verən və Rolex tərəfindən hazırlanmış Easylink rahat uzatma əlaqələndiricisinə sahibdir. Saatın 18 kt sarı qızıldan olan versiyasındakı Oyster bilərziyi aşınmanın qarşısını almaq və biləkdə elastikliyini artırmaq üçün əlaqələndiricilərin arasında brend tərəfindən dizayn edilmiş və patentləşdirilmiş keramik əlavələr ilə təchiz edilib.
Kalibr 4162 İnnovativ mexanizm
2026-cı ildə təqdim olunan və yalnız Yacht-Master II modelində istifadə olunan kalibr 4162 tamamilə Rolex tərəfindən hazırlanmış və istehsal edilmiş, geriyə sayma funksiyasına malik xronoqraf mexanizmidir.Yeni nəsil Yacht-Master II modelin əvvəlki versiyasında mövcud olan kalibr 4161-in təkmilləşdirilmiş variantı kalibr 4162 ilə təchiz edilmişdir.Bu avtomatik qurulan mexaniki hərəkət, xüsusilə dəqiqlik, enerji ehtiyatı, rahatlıq və etibarlılıq baxımından üstün performans təqdim edir.
Geriyə sayma funksiyası sütun formalı çarx və şaquli muftaya malik möhkəm mexanizm tərəfindən işə salınıb anında və olduqca dəqiq şəkildə başlatmağa imkan verir.Kalibr 4162 Chronergy sürəti tənzimləmə qurğusu kimi Rolex-in mexanizminə gətirdiyi böyük innovasiyalardan bəzilərini də özündə birləşdirir.Silindr formalı arxitekturası və sürəti tənzimləmə qurğusunun üstün səmərəliliyi sayəsində həmin mexanizmin enerji ehtiyatı təxminən 72 saata qədər uzanır.Kalibr 4162, xüsusilə Rolex Côtes de Genève ilə dekorasiya edilmiş körpülər və kəsik formalı sallanan ağırlıq ilə diqqətlə tamamlanmış estetikanı nümayiş etdirir.
Superlative Chronometer sertifikatı
Oyster Perpetual Yacht-Master II modeli Superlative Chronometer sertifikatına malikdir.Bu eksklüziv nişanlama Rolex mağazalarından çıxan hər bir saatda təqdim edilir və biləkdəki mükəmməl performansını təsdiqləyir.Bu şirkətdaxili sertifikata beynəlxalq səviyyədə tanınan, müstəqil İsveç qurumları tərəfindən ciddi şəkildə nəzarət edilir.
2026-cı ildə Superlative Chronometer sertifikatı maqnit sahələrinə qarşı davamlılıq, etibarlılıq və dayanıqlılıq kimi yeni 3 sınaq meyarının əlavə edilməsi ilə təkmilləşdirilmişdir.Bu meyarlar hər bir saatın hazırlanma və istehsal mərhələsində tətbiq edilir. Bu mərhələlərdə saatın performansı ilə birbaşa əlaqəli olan yüzlərlə yoxlanış və doğrulama prosesi həyata keçirilir.2015-ci ildə sertifikata yenidən baxış zamanı daxil edilən dəqiqlik, sukeçirməzlik, avtomatik qurulma və enerji ehtiyatı kimi meyarları tamamlayırlar.Elə həmin ildə Rolex tamamlanmış saatlar üçün tam avtomatlaşdırılmış avadanlıqla manufaktura daxilində aparılan eksklüziv sınaq protokolu tərtib etdi.Dəqiqlik tələbləri xüsusilə sərtdir. Mexanizmin korpusa qoyulmasından sonra ölçülən saat dəqiqliyi gündə –2 və +2 saniyə arasında olmalıdır.Tamamlanmış saat üçün brendin məqbul hesab etdiyi real vaxtdan sapma dərəcəsi yalnızca mexanizmin rəsmi sertifikatı üçün qəbul edilən dəyərdən xeyli aşağıdır.
Superlative Chronometer statusu bütün Rolex saatlarında mövcud olan yaşıl siferblat ilə təcəssüm olunur və beynəlxalq beşillik zəmanəti də əhatə edir.