Yeni saatlar 2026
Rolex-in Oyster Perpetual 41modeli Mənşəyin əks-sədası
Yeni saatlar 2026
Rolex-in Oyster Perpetual 41modeli Mənşəyin əks-sədası
Rolex sarı Rolesor versiyasındakı Oyster Perpetual 41 modelini təqdim etməklə saat istehsalı sahəsində 100 illik nailiyyətlərini qeyd edir və irsi mənşəyinə sadiqliyini nümayiş etdirir.
Oyster Perpetual 41, Rolex-in fikrincə, saatın əsasını təşkil edən güc, sadəlik və zərifliklə yansıdan, daha əvvəl misli görünməyən konfiqurasiya ilə təqdim olunur. Sarı Rolesor versiyasında təqdim olunan bu saatda metalların assosiasiyası sarı qızıldan hazırlanmış burulan tac, həmçinin bezelin Oystersteel korpus və bilərziklə uyğunlaşması ilə ortaya çıxır. Bu sarı qızıl toxunuşlar ilk vaxtlardakı bəzi Oyster saatlarının korpus elementlərini xatırladır.
Sarı Rolesor
Xəlitələrin kombinasiyası
1930-cu illərin əvvəllərindən etibarən brendin fərqləndirici xüsusiyyətlərindən biri olan Rolesor mükəmməllik və gücü bir araya gətirərək qızıl və polad kombinasiyası yaradır. Təməl prinsip sadədir: korpus və bilərziyinin müəyyən elementləri sarı, ağ və ya Everose qızıldan, digərləri isə Oystersteel materialından hazırlanır.
Oyster Perpetual 41 modelinin sarı Rolesor versiyası bu estetikaya yeni perspektiv qazandırır. Sarı qızıldan bezel və burulan tacı tamamilə Oystersteel-dən hazırlanmış bilərziklə bir araya gətirir. Halbuki Rolex saatlarının sarı Rolesor versiyalarındakı bilərziyin mərkəzi əlaqələndiriciləri tipik olaraq sarı rəngdədir.
Dəmirtozu siferblat Oyster modelinin 100 illiyi
Oyster Perpetual kolleksiyası üçün yeni rəng olan asfalt rəngli siferblatın üzərində, saat 6 mövqeyindəki adi "Swiss Made" yazısının yerində "100 years" yazısı əks olunub. Üstəlik, dəqiqə şkalasındakı hər beş dəqiqəlik interval yaşıl kvadratla işarələnmişdir və "Rolex" adı brendin simvolik rəngi olan həmin yaşıl tonda tampon çapı üsulu ilə tətbiq olunub.
Oyster korpusu Sukeçirməzliyin simvolu
Oyster Perpetual 41 modelinin Oyster korpusunun 100 metr (330 fut) dərinliyə qədər sukeçirməzliyinə zəmanət verilir. Orta korpus tək parça Oystersteel xəlitəsindən hazırlanmışdır və yuvarlaq bezel ilə təchiz olunmuşdur. Kənarları zərif yivli arxa korpus vintləri yalnız səlahiyyətli saat ustaları tərəfindən xüsusi alətlə germetik şəkildə bərkidilir. İkiqat sukeçirməz sistem ilə təchiz edilmiş Twinlock burulan tac vinti korpusa möhkəm şəkildə bərkidilmişdir. Kristal faktiki olaraq cızıqlara davamlı sapfirdən hazırlanıb və anti-reflektiv örtük ilə təmin edilib. Burulan taca 100 rəqəmi qabarıq şəkildə həkk olunub.
Oyster bilərziyi Simvolik və möhkəm
1930-cu illərin sonunda yaradılmış Oyster bilərziyi Oyster Perpetual kolleksiyasının bütün saatlarında təqdim olunur. Bu möhkəm, rahat və eleqant metal bilərzik geniş və azca əyilmiş üç əlaqələndirici sıradan ibarətdir. Oyster Perpetual 41 modelindəki Oyster bilərziyi Oysterclasp ilə təchiz olunmuşdur və ani olaraq əlavə rahatlıq təmin etmək üçün bilərziyin uzunluğunu təqribən 5 mm asanlıqla artırmağa imkan verən Easylink rahat uzatma əlaqələndiricisinə malikdir.
Kalibr 3230 Texnoloji yenilik
Oyster Perpetual 41 tamamilə Rolex tərəfindən hazırlanıb istehsal edilmiş mexanizm olan kalibr 3230 ilə təchiz edilmişdir. Bu avtomatik qurulan mexaniki hərəkət göy Parachrom saat spiralı və Chronergy sürəti tənzimləmə qurğusuna malikdir. Xüsusilə dəqiqlik, müstəqillik, rahatlıq və etibarlılıq baxımından üstün performans təqdim edir. Silindr formalı arxitekturası və sürəti tənzimləmə qurğusunun üstün səmərəliliyi sayəsində təxminən 70 saatlıq enerji ehtiyatına sahibdir.
Superlative Chronometer sertifikatı
Oyster Perpetual 41 modeli Superlative Chronometer sertifikatına malikdir. Bu eksklüziv nişanlama Rolex mağazalarından çıxan hər bir saatda təqdim edilir və biləkdəki mükəmməl performansını təsdiqləyir. Bu şirkətdaxili sertifikata beynəlxalq səviyyədə tanınan, müstəqil İsveç qurumları tərəfindən ciddi şəkildə nəzarət edilir.
2026-cı ildə Superlative Chronometer sertifikatı maqnit sahələrinə qarşı davamlılıq, etibarlılıq və dayanıqlılıq kimi yeni 3 sınaq meyarının əlavə edilməsi ilə təkmilləşdirilmişdir. Bu meyarlar hər bir saatın hazırlanma və istehsal mərhələsində tətbiq edilir. Bu mərhələlərdə saatın performansı ilə birbaşa əlaqəli olan yüzlərlə yoxlanış və doğrulama prosesi həyata keçirilir. 2015-ci ildə sertifikata yenidən baxış zamanı daxil edilən dəqiqlik, sukeçirməzlik, avtomatik qurulma və enerji ehtiyatı kimi meyarları tamamlayırlar. Elə həmin ildə Rolex tamamlanmış saatlar üçün tam avtomatlaşdırılmış avadanlıqla manufaktura daxilində aparılan eksklüziv sınaq protokolu tərtib etdi. Dəqiqlik tələbləri xüsusilə sərtdir. Mexanizmin korpusa qoyulmasından sonra ölçülən saat dəqiqliyi gündə –2 və +2 saniyə arasında olmalıdır. Tamamlanmış saat üçün brendin məqbul hesab etdiyi real vaxtdan sapma dərəcəsi yalnızca mexanizmin rəsmi sertifikatı üçün qəbul edilən dəyərdən xeyli aşağıdır.
Superlative Chronometer statusu bütün Rolex saatlarında mövcud olan yaşıl siferblat ilə təcəssüm olunur və beynəlxalq beşillik zəmanəti də əhatə edir.