Yeni saatlar 2026
Rolex-in Datejust 41 Heç bir şübhəyə yer yoxdur
Yeni saatlar 2026
Rolex-in Datejust 41 Heç bir şübhəyə yer yoxdur
Rolex Oyster Perpetual Datejust 41 modelinin Oystersteel və ağ qızılı birləşdirən ağ Rolesor versiyasını saatı fərqləndirən zərif yaşıl laklı ombre siferblatla təqdim edir.
Saat yivli bezel, yaşıl rəng, möhkəm polad və qiymətli ağ qızıl kimi brendin ən mükəmməl xüsusiyyətlərindən bəzilərini qüsursuz şəkildə bir araya gətirir.
Yaşıl laklı ombre siferblat
Datejust 41 modelinin yeni versiyasında siferblat tamamilə lakla örtülmüşdür və bu həmin dizaynın 2019-cu ildə brendin kataloquna təkrar daxil edilməsindən bəri ombre siferblatlar üçün bir ilkdir. Baza plitəyə yaşıl lak tətbiq edilir, daha sonra bütün ombre siferblatlarda olduğu kimi konsentrik hərəkətlər və qara lak püskürtməklə rəng keçidi yaradılır. Ağ rəngli yazılar Chromalight indeksi olan saat göstəriciləri sayəsində xüsusilə aydın şəkildə seçilir. Tarix pəncərəsi siferblatın ombre kənarlarındakı kontrast ilə vurğulanaraq daha aydın görünür və bu simvolik saata yeni baxış bucağından nəzər salmağa və Oyster kolleksiyasındakı vacib rolunu anlamağa imkan verir.
Yivli bezel Simvolik imza
Yivli bezel tamamilə qiymətli metaldan hazırlanmışdır. Klassik Rolex saatlarının ancaq estetik və fərqləndirici xüsusiyyəti halına çevrilməzdən öncə yiv saat ustalarının bezeli Oyster korpusuna vintlə bərkitməsinə imkan yaradaraq saatın sukeçirməzliyini təmin edirdi.
Ağ Rolesor Xəlitələrin kombinasiyası
1930-cu illərin əvvəllərindən etibarən brendin fərqləndirici xüsusiyyətlərindən biri olan Rolesor mükəmməllik və gücü bir araya gətirərək qızıl və polad kombinasiyası yaradır. Təməl prinsip sadədir: korpus və bilərziyinin müəyyən elementləri sarı, ağ və ya Everose qızıldan, digərləri isə Oystersteel materialından hazırlanır. Ağ Rolesor modellərində yalnız bezel ağ qızıldandır.
Oyster bilərziyi Simvolik və möhkəm
Oyster Perpetual Datejust 41 modelinin yaşıl laklı omre siferblata və yivli bezele malik ağ Rolesor versiyası Oyster bilərziyi ilə təchiz edilib. 1930-cu illərin sonunda yaradılmış üçhissəli əlaqələndiricisi olan bu bilərzik möhkəmliyi ilə tanınır. Bilərzik qatlanan Oysterclasp ilə təchiz olunmuşdur. O, istifadəçiyə bilərziyin uzunluğunu təqribən 5 mm-ə qədər asanlıqla tənzimləməyə imkan verən və brend tərəfindən hazırlanmış Easylink rahat uzatma əlaqələndiricisinə də sahibdir.
Kalibr 3235 Texnoloji yenilik
Datejust 41 tamamilə Rolex tərəfindən hazırlanıb istehsal edilmiş mexanizm olan kalibr 3235 ilə təchiz edilmişdir. Tarix funksiyasına malik avtomatik qurulan bu mexaniki hərəkət göy Parachrom saat spiralı və Chronergy sürəti tənzimləmə qurğusunu özündə birləşdiririr. Xüsusilə dəqiqlik, müstəqillik, rahatlıq və etibarlılıq baxımından üstün performans təqdim edir. Kalibr 3235 silindr formalı arxitekturası və sürəti tənzimləmə qurğusunun üstün səmərəliliyi sayəsində təxminən 70 saatlıq enerji ehtiyatına sahibdir.
Superlative Chronometer sertifikatı
Oyster Perpetual Datejust 41 modeli Superlative Chronometer sertifikatına malikdir. Bu eksklüziv nişanlama Rolex mağazalarından çıxan hər bir saatda təqdim edilir və biləkdəki mükəmməl performansını təsdiqləyir. Bu şirkətdaxili sertifikata beynəlxalq səviyyədə tanınan, müstəqil İsveç qurumları tərəfindən ciddi şəkildə nəzarət edilir.
2026-cı ildə Superlative Chronometer sertifikatı maqnit sahələrinə qarşı davamlılıq, etibarlılıq və dayanıqlılıq kimi yeni 3 sınaq meyarının əlavə edilməsi ilə təkmilləşdirilmişdir. Bu meyarlar hər bir saatın hazırlanma və istehsal mərhələsində tətbiq edilir. Bu mərhələlərdə saatın performansı ilə birbaşa əlaqəli olan yüzlərlə yoxlanış və doğrulama prosesi həyata keçirilir. 2015-ci ildə sertifikata yenidən baxış zamanı daxil edilən dəqiqlik, sukeçirməzlik, avtomatik qurulma və enerji ehtiyatı kimi meyarları tamamlayırlar. Elə həmin ildə Rolex tamamlanmış saatlar üçün tam avtomatlaşdırılmış avadanlıqla manufaktura daxilində aparılan eksklüziv sınaq protokolu tərtib etdi. Dəqiqlik tələbləri xüsusilə sərtdir. Mexanizmin korpusa qoyulmasından sonra ölçülən saat dəqiqliyi gündə –2 və +2 saniyə arasında olmalıdır. Tamamlanmış saat üçün brendin məqbul hesab etdiyi real vaxtdan sapma dərəcəsi yalnızca mexanizmin rəsmi sertifikatı üçün qəbul edilən dəyərdən xeyli aşağıdır.
Superlative Chronometer statusu bütün Rolex saatlarında mövcud olan yaşıl siferblat ilə təcəssüm olunur və beynəlxalq beşillik zəmanəti də əhatə edir.