Rolex Rolex Deepsea Oyster, 44 mm, sarı qızıl RMC: M136668LB-0001
qiymət sorğusu ilə
Rolex Zəmanəti
Yaşıl siferblat
Rolex təqdimat qutusu
-
İstinad
136668LB
-
Model qutusu
Oyster, 44 mm, sarı qızıl
-
Bezel
Rəqəmləri və işarələri qızılla örtülən, keramikadan hazırlanmış və cızıqlara qarşı dözümlü Cerachrom bezel əlavəsinə sahib, 60 dəqiqəlik şkalalı, bir istiqamətdə dövr edən
-
Su yalıtımı
3900 metr/12800 fut dərinliyə qədər suyadavamlı, helium çıxışı üçün klapan
-
Hərəkət
Perpetual, mexaniki, avtomatik qurulan
-
Kalibr
3235, Rolex İstehsalı
-
Güc ehtiyatı
Təxminən 70 saat
-
Kəmər
Oyster, üçhissəli möhkəm əlaqələndiricilər
-
Yığın
Göy
-
Sertifikatlaşdırma
Superlative Chronometer (rəsmi xronometr sertifikatı + sərt üst quruluş üzrə Rolex sertifikatı)
Keramik Bezel və Lüminessent Displey
Bir istiqamətdə dövr edən 60 dəqiqəlik şkalalı Rolex Deepsea bezeli dalğıcların dalış və dekompressiya vaxtına dəqiq və təhlükəsiz şəkildə nəzarət etməsinə imkan yaradır. Uzunmüddətli göy parıltı saçan lüminessent materialından ibarət daxili kapsul sayəsində işarənin üçbucaqlı "sıfır" göstəricisi qaranlıqda belə görünür. Bezeldəki işarə PVD (Physical Vapor Deposition) vasitəsilə nazik bir sarı qızıl təbəqə ilə örtülmüşdür. Sıxılma halqasındakı göy tonlar, siferblat və Cerachrom bezel əlavəsi birləşərək 18 kt sarı qızıldan hazırlanmış korpus və Oyster bilərziyini vurğulayan zərif okean rəngini ortaya çıxarır.
Mavi siferblat
Mat sarı rəngli "DEEPSEA" adı həkk olunmuş göy laklı siferblat. Siferblatda qaranlıq şəraitdə əla oxunaqlılıq təmin edən və daima göy parıltı saçan lüminessent materialı ilə doldurulmuş böyükölçülü Chromalight saat göstəriciləri və əqrəbləri var. Ölçü və formasına görə asanlıqla fərqlənən saat göstəricilərinin sadə formaları olan üçbucaq, dairə və düzbucaqlar, eləcə də əqrəblər ənənəvi fosforlu materiallardan iki dəfəyə qədər daha uzunmüddətli və daima göy parıltı saçan lüminessent materialı ilə doldurulub və ya örtülüb.
18 kt sarı qızıl
Eksklüziv tökməxana istehsalatına malik Rolex 18 kt qızıl xəlitələri rəqibsiz yüksək keyfiyyətdə hazırlamaq iqtidarındadır. Əlavə edilən gümüşün, misin, platinin və ya palladiumun proporsiyalarından asılı olaraq 18 kt qızılın müxtəlif növlərini (sarı, çəhrayı və ya ağ) əldə etmək mümkündür. Bu növlər yalnız ən təmiz metallardan hazırlanır, metallar müasir avadanlıq istifadə edilməklə, şirkətin öz laboratoriyasında diqqətlə yoxlanılır, yalnız bundan sonra qızıl keyfiyyətə verilən eyni yüksək diqqətlə hazırlanıb formaya salınır. Beləliklə, Rolex mükəmməlliyə tam mənbədən can atır.
Modelin əlçatanlığı
Bütün Rolex qol saatları müstəsna keyfiyyəti təmin etmək məqsədilə əl ilə son dərəcə diqqətlə yığılır. Təbii ki, bu cür yüksək standartlar Rolex-in istehsal gücünü məhdudlaşdırır və bəzən Rolex saatlarına olan tələbat istehsal həcmindən daha artıq olur.
Buna görə də bəzi modellər məhdud sayda ola bilər. Yeni Rolex saatları eksklüziv olaraq müntəzəm tədarükü həyata keçirən və saatların müştərilərə paylanmasını və satışını müstəqil şəkildə idarə edən Rəsmi Rolex Pərakəndəçiləri tərəfindən satılır.
SI LTD Rəsmi Rolex Pərakəndəçilərinin qlobal şəbəkəsinin üzvü olmaqdan qürur duyur. O, Rolex saatlarının əlçatanlığı haqqında məlumat verə bilər
Bizimlə əlaqə saxlayın
Mesaj göndərin
Mesaj göndərin
Mesajınızı daxil edin
Rolex saatlarına göstərdiyiniz marağa görə təşəkkür edirik. Mesajınızı daxil edin, biz isə tezliklə sizə cavab verəcəyik
Mesaj göndərin
Mesajınızı daxil edin
Mesaj göndərin
Təşəkkür edirik
Mesajınız bu tarixdə Rolex komandasına göndərildi: SI LTD
Rolex satış məsləhətçilərimizdən biri sorğunuzu nəzərdən keçirib, qısa zamanda sizə cavab göndərəcək.