Rolex Oyster Perpetual 28 Oyster, 28 mm, sarı qızıl RMC: M276208-0002
qiymət sorğusu ilə
Rolex Zəmanəti
Yaşıl siferblat
Rolex təqdimat qutusu
-
İstinad
276208
-
Model qutusu
Oyster, 28 mm, sarı qızıl
-
Bezel
18 kt qızıl, yuvarlaq
-
Su yalıtımı
100 metr/330 fut dərinliyə qədər suyadavamlı
-
Hərəkət
Perpetual, mexaniki, avtomatik qurulan
-
Kalibr
2232, Rolex İstehsalı
-
Güc ehtiyatı
Təxminən 55 saat
-
Kəmər
Oyster, üçhissəli möhkəm əlaqələndiricilər
-
Yığın
Green stone
-
Sertifikatlaşdırma
Superlative Chronometer (rəsmi xronometr sertifikatı + sərt üst quruluş üzrə Rolex sertifikatı)
Green stone siferblatı
Oyster Perpetual 28 modelinin laklı siferblatında saat 3, 6 və 9 mövqelərindəki üç saat göstəricisi Rolex üçün ilk dəfə olaraq təbii daşdan hazırlanıb. Heliotrop müxtəlif yaşıl çalarlar təqdim edir, üst səthi fərdi strukturunu və rəngini vurğulayan, ən kiçik parıltının belə qarşısını alan ogival kəsimə sahibdir.
18 kt sarı qızıl
Eksklüziv tökməxana istehsalatına malik Rolex 18 kt qızıl xəlitələri rəqibsiz yüksək keyfiyyətdə hazırlamaq iqtidarındadır. Əlavə edilən gümüşün, misin, platinin və ya palladiumun proporsiyalarından asılı olaraq 18 kt qızılın müxtəlif növlərini (sarı, çəhrayı və ya ağ) əldə etmək mümkündür. Bu növlər yalnız ən təmiz metallardan hazırlanır, metallar müasir avadanlıq istifadə edilməklə, şirkətin öz laboratoriyasında diqqətlə yoxlanılır, yalnız bundan sonra qızıl keyfiyyətə verilən eyni yüksək diqqətlə hazırlanıb formaya salınır. Beləliklə, Rolex mükəmməlliyə tam mənbədən can atır.
Oyster bilərziyi
Oyster bilərziyi forma, funksionallıq, estetika və texnologiyanın ideal vəhdətidir. 1930-cu illərin sonunda ilk dəfə təqdim edilmiş geniş və düz, üçhissəli əlaqələndiriciyə malik, xüsusilə möhkəm və rahat olan bu bilərzik Oyster kolleksiyasında ən universal bilərzik olaraq qalmaqdadır. Oyster Perpetual modellərində Oyster bilərziyi Oysterclasp ilə təchiz edilib.
Modelin əlçatanlığı
Bütün Rolex qol saatları müstəsna keyfiyyəti təmin etmək məqsədilə əl ilə son dərəcə diqqətlə yığılır. Təbii ki, bu cür yüksək standartlar Rolex-in istehsal gücünü məhdudlaşdırır və bəzən Rolex saatlarına olan tələbat istehsal həcmindən daha artıq olur.
Buna görə də bəzi modellər məhdud sayda ola bilər. Yeni Rolex saatları eksklüziv olaraq müntəzəm tədarükü həyata keçirən və saatların müştərilərə paylanmasını və satışını müstəqil şəkildə idarə edən Rəsmi Rolex Pərakəndəçiləri tərəfindən satılır.
SI LTD Rəsmi Rolex Pərakəndəçilərinin qlobal şəbəkəsinin üzvü olmaqdan qürur duyur. O, Rolex saatlarının əlçatanlığı haqqında məlumat verə bilər
Bizimlə əlaqə saxlayın
Mesaj göndərin
Mesaj göndərin
Mesajınızı daxil edin
Rolex saatlarına göstərdiyiniz marağa görə təşəkkür edirik. Mesajınızı daxil edin, biz isə tezliklə sizə cavab verəcəyik
Mesaj göndərin
Mesajınızı daxil edin
Mesaj göndərin
Təşəkkür edirik
Mesajınız bu tarixdə Rolex komandasına göndərildi: SI LTD
Rolex satış məsləhətçilərimizdən biri sorğunuzu nəzərdən keçirib, qısa zamanda sizə cavab göndərəcək.