Rolex at SI LTD Rolex aksesuarları
Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Rolex aksesuarları

Rolex-in eleqant və unikal qol düymələri.

Bu aksesuarlar brendin vizual üslubunu əks etdirir, eləcə də hər bir Rolex saatı kimi eyni yüksək keyfiyyət və etibarlılıq standartlarına cavab verir.

 

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Qol düymələri
Biləyə yaraşan zəriflik

İncə və hər dövrə uyğun üslubu ilə seçilən üç qol düyməsi 18 kt sarı, ağ və Everose qızılından hazırlanmışdır.

"Tacı" qol düymələri
Həmişə yanınızda daşıya biləcəyiniz simvol

Beşbucaqlı tac şəklində olan Rolex loqosunu qol düyməsi kimi taxa bilərsiniz. Bu qol düymələri mükəmməlliyi hər detalda göstərmək istəyən şəxslərin biləklərinə incə toxunuş bəxş edir.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

"Əqrəb" qol düymələri
Daimi parlaqlıq

Bu qol düymələri Professional Rolex modellərindəki saat əqrəblərinin uclarında olan dairəvi disk formasındadır və qaranlıqda parıldayan lüminessent materialdan hazırlanmışdır. Eyni material Rolex saatlarının Chromalight displeyində də istifadə olunur.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

"Yivli" qol düymələri
Simvolik dizayn

Bu qol düymələri Rolex saatlarına xas bir neçə elementi özündə birləşdirir. Mərkəzdə keramikdən hazırlanmış Cerachrom diskin üzərində beşbucaqlı tac həkk olunmuşdur. Bu disk isə Klassik Rolex modellərindəki simvolik bezeli xatırladan yivlərlə əhatə olunmuşdur.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Masaüstü saatlar
Daxili məkan üçün saat

Bu masaüstü saatların dizaynı Rolex-in məşhur modelləri əsasında şirkətin mütəxəssisləri tərəfindən daxili məkan üçün yeni formada təqdim olunmuşdur.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Təqvimli saat
Submariner Date ilə bənzər dizayn

Bu Rolex masaüstü saatı Submariner Date modelinin dizaynından ilhamlanaraq sekulyar təqvim funksiyası ilə yenidən hazırlanmışdır. 60 dəqiqəlik işarələnmiş tək parça Cerachrom bezel ilə təchiz olunmuş saat qaranlıqda güclü mavi işıq saçan Chromalight displeyindən ibarətdir.

Paslanmayan poladdan hazırlanmış yarımkürə korpus saatı istənilən tərəfə fırlatmağa imkan verən halqa şəklində altlığın üzərində yerləşir.

Saat sekulyar təqvimə malik kvars mexanizmi ilə işləyir, olan kalibr 8335. Bu mexanizm 28, 30 və ya 31 gündən ibarət aylara uyğun avtomatik tənzimlənir, fevralın 29 gün olduğu uzun illəri tanıyır və 4-ə bölünsə də uzun il sayılmayan istisnaları da nəzərə alır.

Rolex saatları - SI LTD Rolex saatları - SI LTD

Araşdırmağa davam edin